Təsvir və bron etməkƏlaqəQalereya
Sahil Hostel & Hotel Bakıda istənilən vaxt sizi görməyə hazır olan yeni mehmanxana obyektidi. Siz, hostel işçiləri tərəfindən qayğı hiss edəcəksiniz. Sizə ən yüksək səviyyəli xidmət və komfort tətbiq olunacaq.

Əgər ünsiyyət qurmağa və yeni tanışlıqlara hazırsinizsa, bura ideal bir yerdir. Burada müxtəlif ölkələrdən və dinlərdən gələn turistlər yaşayır. Sizi turistlər ilə xoş ünsiyyət və yaxşı vaxt keçirmək gözləyir.

Sahil Hostel & Hotel – Nömrələr

Otaqlarin dizaynı gözəldir, gözə xoşdur. Hər qonaq öz evindəki kimi hiss edir. Sizə, hansı nömrədə gecələməyə seçmək qalacaq. Hosteldə 4-10 nəfərlik ümumi otaqlar mövcuddur. Double, Twin və ailə otağına bölünən VIP otaqlarda qalmaq mümkündür. Əgər siz ailənizlə Bakıya gəlmisiniz, onda ailə nömrəni bron edin. Həmçinin hosteldə iki və üç nəfərlik otaqlar var.

Onu da qeyd edək ki, VIP nömrədə şəxsi hamam, sanitariya qovşağı və dolab var.Yayda və qışda Sahil hosteldə sizə rahat olacaq. Çünki kondisioner və mərkəzi istilik sistemi qurulub. Bütün çarpayılarda telefon və noutbuk üçün enerji qurğuları quraşdırilib.

Sahil Hostel Baki – Xidmətlər

  • Pulsuz yüksək sürətli internet mövcuddur
  • Pulsuz ütü masası və camaşırxana
  • Noutbuk verilir
  • 24 saatlıq resepşn
  • Gündəlik otaq təmizliyi
  • Ortopedik döşəklər

Sahil Hostel & Hotel yerini qeyd etmək istərdim, Bakıya gələn turistlər üçün idealdır. Bakı Bulvarının yaxınlığında yerləşir. Turistlər arasi ziyarət etmək üçün əsas və sevimli yerlərdən biridir. Həmçinin, Bakının əsas turistik yerlərinə asanlıqla pyada ziyarət edə bilərsiniz.

Ünvan: Zərifə Əliyeva küçəsi, 27, Bakı 1091