Centrum Hotel & Hostel, hündür tavanlarla, əla təmir və geniş otaqlara malikdir. Nəticədə qonaqlar evdəki kimi eyni rahatlığı hiss edəcəklər. Eyvanlar genişdi, şəhərin gözəl bir görünüşünü təqdim edir, çay süfrəsində çay içmək olar.
Centrum Hotel&Hostel – Otaqlar
Double Room – böyük ikinəfərlik yataq, qarderob, şkaf və dolab var.
Twin Room – İki ədəd birnəfərlik yataq, qarderob, şkaf və dolab var.
Lotos Room – otaq altı nəfər üçün nəzərdə tutulub. Üç ədəd ikiyaruslu çarpayi. Hər bir yatağın qarşısında bir çıraq və şəxsi şkaf.
Nar Room – otaq 14 nəfər üçün nəzərdə tutulub. Yeddi ədəd ikiyaruslu çarpayi var. Hər bir yatağın qarşısında bir çıraq və şəxsi şkaf.
Centrum Hotel&Hostel – Xidmətlər
Hosteldə böyük bir balkon daxil olmaqla mebel ilə təchiz olunmuş iki böyük otaq var. Məişət texnikası ilə təchiz olunmuş böyük mətbəx. Bundan əlavə üç sanitar qovşağı və üç duş kabinəsi var. Qonaqlara bir dəsmal, sabun, şampun və terlik verilir. Əgər qızıl-zinət əşyaları varsa, siz onlari seyfə qoya bilərsiniz. Həmçinin pulsuz wi-fi və kabel TV təmin edilir. Resepşn 24 saat xidmət göstərir. Mətbəxtdə özünüz yemək bişirə bilərsiz, bunun üçün hər şərait var. İstəsəniz, 5 manata səhər yeməyi sifariş edə bilərsiniz.
Yerinə gorə, qiymətinə və rahatlığına görə bu hostel bəzi otellərdəndə geri qalmir. Hostelin qapisinda çixan kimi, siz bakinin tam mərkəzində olursunuz. Centrum Hotel & Hostel yalnız xaricdən gələn turistlər üçün fəaliyyət göstərmir. Həm də Azərbaycanın bölgələrindən Bakıya gələnlər burada qala bilər. Həm xarici həm də Azərbaycan vətəndaşları üçün güzəştlər verilir.