17 dekabr 2019-cu il, Bakı – Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.

Aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

Bakı-Antalya-Bakı – 169 avro
Bakı-İstanbul-Bakı – 179 avro
Bakı-Ankara-Bakı – 189 avro
Bakı-Almatı-Bakı – 189 avro
Bakı-Tel-Əviv-Bakı – 229 avro
Bakı-Berlin-Bakı – 269 avro
Bakı-Paris-Bakı – 299 avro, yanvarın 29-dək reyslər
Bakı-Milan-Bakı – 289 avro
Bakı-London-Bakı – 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2020-ci il 15 yanvar – 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.

Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti