Təsvir və bron etməkƏlaqə
Aysberq Resort istirahət mərkəzi Şıxovda yerləşir. Bakıda, yayda yaxşıca dincəlmək istəyənləri gözləyir. Bu istirahət mərkəzi unikaldır, burada hər cür yay əyləncəsini tapa bilərsiniz. Birincisi, şəhər mərkəzindən 15 dəqiqəlik yoldur, İkincisi, kompleksin özəl çimərliyi var. Həmçinin, ərazidə rahat otaqlarla və xidmətlə otel fəaliyyət göstərir.

Çimərliyə getmək istəmirsinizsə, onda böyük açıq hovuz sizi gözləyir. Şixovda istirahət mərkəzində beş restoran işləyir, hansılar ki, beynəlxalq mətbəxin yeməklərini verirlər. Ərazidə fitness mərkəzi, gözəllik salonu, sauna, internet klubu və s.

Aysberq Resort – Otel

Yuxarıda qeyd etdiyimiz kimi, əla və rahat bir otel fəaliyyət göstərir. Şixovda ki oteldə əmi 30 nömrə. Otaqlar interyer və sahə ilə fərqlənirlər. Hotel otaqları aşağıdakı siniflərə bölünür: Standart, Studio, Junior Suite, Suite, King Suite. Bütün otaqlarda lazimi mebel quraşdirilib və pəncərələr dənizə tərəfə açilir.

  • Böyük yataq
  • Mini bar
  • Cakuzi
  • WI-FI

Titanic, Atlantic, Vip, Breakfast, Pearl kimi restoranlar istənilən vaxt sizi qəbul etməyə hazırdır. Aşbazlar sizə milli və beynəlxalq mətbəxin dadlı yeməklərini hazırlayacaqlar. Həmçinin, çoxlu sayda bar və kafe var. Beach Bar, Pool Bar, Inci Bar, Vitamin Bar və s. Aysberq Resort ərazisində, dənizin sahilində təntənəli tədbirlərin keçirilməsi üçün xüsusi zal var. Professional heyətin rəhbərliyi altında toy, nişan və ad günləri keçirmək mümkün olacaq.

Şixovda fəaliyyət göstərən Aysberq Resort istirahət mərkəzi, Bakida ən yaxşı və təchiz olunmuş yerlərdən biridir. Sizin, dənizin sahilində istirahətinizi unudulmaz etmək üçün bütün şərait var.

Ünvan: Salyan Şossesi Şixov çimərliyi, Bakı, Azərbaycan.