Lindesnesdə şəhərində yerləşən «Under» – Avropanın ilk və dünyanın ən böyük sualtı restoranıdır. İndi Cənubi Norveçə səfər etmək üçün daha yaxşı bir səbəbiniz olacaq: dəniz səviyyəsindən beş metr aşağıda restoran. Bunu visitnorway portali xəbər verir.

“Bütün dünyadan turistləri cəlb edəcəyik. Bu, bizim məqsədimizdir “, – bu xüsusi restoran layihəsinin təsisçilərindən biri olan Gauta Ubostad deyir.

Under restorani dənizdən çixan bir qayaya bənzəyir. Pəncərələr və divardan biri şüşədən hazırlanmışdır ki, qonaqlar ilin istənilən vaxtında sualtı həyatını izləyə bilsinlər. Restoranın qonaqlarına dəniz məhsullarından, dəniz quşlarından və vəhşi qoyunlardan menyunu təklif edirlər.

Faktiki olaraq, Under – dünyada ən böyük 100 nəfərlik sualtı restoranıdır. Adi günlərdə 40 nəfərə kimi xidmət edəcəkdir. Lindesnesdəki bu möcüzə Avropanın ilk sualtı restoranı sayilir.