Xanbulan İstirahət Mərkəzi – Lənkəran
Xanbulanın turizm komplersi sizə taxta və daş kottecləri təklif edir. Bu kotteclər iki nəfər üçün nəzərdə tutulub. Yataq otağı, qonaq otağı, böyük eyvan və hamam otagdan ibarətdir. Qapılar meşəyə doğru baxır, balkondan isə dağların gözəl görünüşü var. Nömrələr rahatdilar, kondisioner və televizorla təchiz olunmuşdur. Xanbulan İstirahət Mərkəzi ərazisində uşaq və idman meydançaları (voleybol, futbol, tennis) vardır. 220 nəfərlik böyük restoran isə istənilən milli yeməkləri təklif edir. Qonaqlar üçün Lənkəran, Astara, Masallı və Lerik rayonlara maraqlı ekskursiyalar təşkil olunur. Lənkarandaki kompleksdə həmçinin, toy, banket, seminarlar keçirmək olar.
Lənkəran İstirahət Mərkəzi
- Faks
- Telefon zəngi ilə oyatmaq
- İtkin düşmüş əşyaların axtarışı
- Restoran və bar xidmətləri
- İdman zali və əyləncə oyunlar
- Uşaq meydançasi
- Konfrans zalı
Talış dağlarını əhatə edən Hyrkan Milli Parkı gözəl mənzərə yaradır. İstirahət mərkəzindəki Hirkan parkının gözəlliyi, sərin dəniz havasi hər şeyi unutdurur.