Təsvir və bron etməkƏlaqəQalereya
Uludağ İstirahət Mərkəzi – Bu, Qax rayonunun Ilisu kəndində yerləşən istirahət kompleksidir. Bakıdan kompleksə qədər məsafə 335 kilometrdir. Qaxda ki ailəvi kompleks 2005-ci ildə istifadəyə verilmişdir və bu günə qədər keyfiyyətli xidmət göstərməkdədir. İstirahət üçün bu yer seçərək, siz rahat şəraitdə məzuniyyətini keçirə bilərsiniz. Bundan başqa, möhtəşəm təbiətdən zövq alın.

Uludağ İstirahət Mərkəzi – Xidmətlər

  • Üzmə hovuzu
  • Kotteclər
  • Restoranlar
  • Diskoteka
  • Stolüstü oyunlari
  • İdman meydançaları
  • Uşaq meydançasi

Uludağ İstirahət kompeksi bir neçə kottecdən ibarətdir, hər birində isə mətbəx və yataq otağı var. Ərazidə 150 nəfərlik böyük bir restoran mövcüddür. Aşpazlar unikal və dadlı yeməklərlə xidmət edəcəkdir. Bundan əlavə, istirahətinizi kafedə və barda keçirə bilərsiz. Kompleksdə ayrıca dayanacaq də var. At ilə gəzinti xidmətinəndə istifadə edə bilərsiz.

Qax İlisu kəndi

Qax rayonunun İlisu kəndi Qafqazın ən gözəl yerlərindən biri olan Qax şəhərindən 12 km şimal-şərqdə yerləşir. Bu bölgə flora və fauna ilə zəngindir və Qaxın gözəl təbiəti həmişə yerli əhalinin və qonaqların diqqətini cəlb etmişdir. İlisu kəndi dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşən ən qədim məskunlaşmalardan biridir.

Uludağ İstirahət Mərkəzi dağ kəmərində 4 hektarlıq ərazini əhatə edir və qonaqlara keyfiyyətli xidmət göstərir. Kompleks bir mərkəz binadan, eləcə də iki mərtəbəli və bir mərtəbəli kotteclərdən ibarətdir. Əsas binada ofisin özü, 150 nəfərlik restoran, dükan və diskoteka yerləşir. Həmçinin, həmin binada suit və junior suit nömrələr də var. Uludağ İstirahət Mərkəzinin ən əhəmiyyətli və fərqli xüsusiyyəti müalicə vannalarıdir.

Ünvan: Qax rayonu, İlisu kəndi, Azerbaican