Təsvir və bron etməkƏlaqə
Nazlı Bulaq Hotel Quba – gözəl istitahət mərkəzi Quba rayonunda yerləşir. Bu ailəvi istirahət komplersi Bakıdan 150 km məsafədə yerləşir. Bu istirahət mərkəzi 2005-ci ildə istifadəyə verilmişdir. Bir otel və 20 rahat kottecdən ibarətdir. Həmçinin, ərazidə futbol meydançasi, restoran və dayanacaq var.

Nazli Bulağ Oteli Azərbaycanın ən gözəl yerlərindən birində yerləşir. Təmiz hava, gözəl dağ mənzərələri və toxunulmaz təbiətdən zövq alanlar üçün həftə sonu istirahət üçün ideal bir yerdir. Qubada istirahət üçün ən çox tövsiyə edilən yerlərdən biridir.

Nazlı Bulaq Hotel Quba – İstirahət

Otel əsas binada standart otaqlar təklif edir. Yolun əks tərəfində isə, 1-2-3 otaqli ayrıca kotteclər. Otelin otaqları böyük və rahatdilar. İstilik sistemi, telefon, minibar, WiFi və peyk televiziyası ilə təchiz olunmuşdur. Nazli Bulağ otelində 24 saat otaq xidməti, çamaşırxana, ütü xidməti və 3 restoran mövcuddur. Geniş yataq otaği ikinəfərlik yataqla təchiz olunub. Həmçinin otaqla soyuducu, televizor, masa və stullar var.

Ünvan: Quba-Xinaliq yolunun 30-cu kilometri, Quba